İlk dərslər Xocalı soyqırımına həsr olundu
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Tədbirlər planına əsasən məktəbdə fevralın 25-də Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş bir sıra tədbirlər- xüsusi dərslər, dəyirmi masa, rəsm sərgisi keçirildi, divar qəzetləri hazırlandı, şagirdlər şuarlar səsləndirdi, birinci dərslər Xocalı faciəsinə həsr olundu.
6"A",7"A" sinfində tarix müəllimi Şəfəq Abdıyeva faciəyə həsr olunmuş "Xocalı-qan yaddaşımız" adlı xüsusi dərs keçdi. Şagirdlərə Xocalı faciəsinin baş vermə səbəblərindən, ermənilərin insanlığa sığmayan törətdikləri soyqırımın dəhşətlərindən bəhs edildi. Məktəbin tarix müəllimi Səbinə Qasımova tərəfindən 6"B" sinfində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq "Şəhid şəhər Xocalı-30 il" adlı dəyirmi masa keçirildi. Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi yad edildi. Xocalı soyqırımının heç bir zaman xalqımızın unutmayacağı və bəşər tarixinin ən dəhşətli səhifəsi olduğu bir daha qeyd olundu. Şagirdlərin hazırladıģı Xocalı faciəsini əks etdirən təqdimatlar dinlənildi .
Məktəbin foyesində fevralın 21-25-i tarixlərində şagirdlərin əl işlərindən ibarət sərgi də təşkil olundu.