Ana Dili Günü qeyd olundu
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır bu onun mənəvi borcudur. UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün Beynəlxalq Ana dili Günü kimi qeyd edilir. Bu münasibətlə bu gün - 21.02.22-ci il tarixdə məktəbdə 21 fevral Ana Dili Günü hər il olduğu kimi qeyd olundu.
21 fevral Ana Dili Gününə həsr olunmuş (mövzular: “Şuşa ili”, “zəfər yolunun yolçular”, ‘’ Molla Pənah Vaqif’, Bəxtiyar Vahabzadənin “Ana dili”) dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin tədris işləri üzrə direktor müavini Türkel Abdıyeva, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova,məktəbin dil və ədəbiyyat müəllimləri Günel Hüseynova, Pərvanə İsmayılova, İlhamə Manafova, UBR Zülfünaz Abasova, psixoloq Röya Qəhrəmanova və şagirdlər iştirak etdi.
Mövzular motivasiya olunaraq qruplara müraciət, təqdimatlar debat şəklində və bir-birinə inteqrasiya olunaraq çözüldü. Məktəbin tarix müəllimi Zeynalova Aygün daloq şəklində mövzulara fikirlər bildirərək əlvanlıq qatdı.
A.Sevda Ulu öndərin: “ Ana dilini sevin, öyrənin, harada yaşamağınızdan asılı olmayaraq, hansı əcnəbi dillərdə təhsil almağınızdan yana, Ana dilində danışın. Onun saflığını qoruyub saxlayın” fikirlərini bir daha vurğuladı. Şah İsmayıl Xətainin “Dünyanın ləl -cəvahiratına dilinin bir kəlməsini belə dəyişməyin” aforizmi ilə müqaisə olundu.
Şagird və müəllim kollektivində xoş ovqatla yanaşı bir daha Ana dilinə sevgi hissi aşılanaraq atalar sözləri və məsəllərlə şagirdlərin və müəllimin tərəfindən bir daha öz əksini tapdı.
Ali Baş Komandanın (“Zəfərə gedən yol” başlıqlı təqdimatlarda) 44 günlük Vətən müharibəsinin əvəzolunmaz sərkərdə olmağından xalq, ordu və dövlət birliyinin öhdəsindən gələrək qələbə qazanması, Molla Pənah Vaqifin məqbərəsinin yenidən təmiri və orada gerçəkləşən festivaldan geniş söz açılaraq “ Dəyirmi masa ” yekunlaşdı.
Bundan başqa bu gün münasibəti ilə məktəbdə inşa yazı müsabiqəsi keçirildi. Məktəbin foyesində Ana dili gününü əks etdirən divar qəzetləri və fotostendlər hazırlandi.