V B sinfində İngilis dilindən açıq dərs keçirildi

17.02.2022-ci il tarixində “ Dil aylığı” çərçivəsində gənc ingilis dili müəllimi İbrahimova Mətanət V "B" sinfində “ Places around the town” mövzusunda açıq dərs keçdi. Açıq dərsdə məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Abdıyeva Türkel, ingilis dili müəllimi Zeynalova Failə, rus dili müəllimləri Böyükkişiyeva Kəklik, Axundova Gülnarə, V sinfin ibtidai sinif müəlliməsi Mikayılova Nigar iştirak etmişlər.
Dərsin məqsədi sözönlərini õyrənməkdən ibarətdir. Müəllim dərsin gedişatı prosesində interaktiv təlim metodlarından geniş şəkildə istifadə etmişdir. Dərsin əsas məzmunu slayd formasında hazırlanmışdı.Müəllim kompyuter texnologiyası vasitəsilə qurulmuş dərsin məzmununu şagirdlərin nəzərinə çatdırdı. Bu isə şagirdlərin marağına və fəallıqlarının artmasına səbəb oldu. Əldə edilmiş yeni bilikləri daha da möhkəmləndirmək məqsədilə müəllim qrup işlərində verilmiş tapşırıqlarda şagirdlərə iş vərəqləri paylayıb fikirlərini iş vərəqində tərtib etməyi tapşırdı. Şagirdlər onlara verilən tapşırıqların öhdəsindən məharətlə gəldilər.
Dərsin müzakirəsi zamanı müəllim-şagird münasibətinin düzgün qurulması , müxtəlif fəaliyyət növlərindən istifadə edilməsi dərsdə iştirak edən müəllimlər tərəfindən yüksək qiymətləndirildi. Sonda dərsdə iştirak edən bütün müəllimlər həmkarlarına iş fəaliyyətində uğurlar qazanmağı arzuladılar.