Apple day-Alma günü
5-9 cu siniflər arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, şagirdlərin gündəlik qida rasionunda meyvə və tərəvəzlər çox az yer tutur.
Bunu nəzərə alaraq 04. 02.2022-ci il tarixində məktəbin tarix müəllimi Səbinə Qasımovanın təşəbbüsü ilə məktəbimizdə "Apple Day" (Alma Günü ) keçirmək qərara alındı. Bu layihəyə məktəbin psixoloqu Röya Qəhrəmanova, məktəbin müəllimləri - Təranə Maksumova, Ilhamə Manafova , Xoşgünab Əhmədova yaxından köməklik göstərdilər.
Şagirdlərin yalnız təhsil və tərbiyəsinin deyil, həmçinin sağlamlığının da daim qeydinə qalan məktəbin direktoru Mehparə xanım Mansırova bu təşəbbüsü müsbət qarşıladı. Dərs fasiləsinə çıxan zaman almaları görən şagirdlər bunu həm sevinc, həm də təəcüblə qarşıladılar. Şagirdlərə qidalanmada meyvə və tərəvəzlərin xüsusən almanın əhəmiyyəti haqqında etraflı məlumat verildi.
Qış fəslində infeksion xesteliklərin daha geniş yayıldığını nəzərə alaraq şagirdlərin immun sisteminin möhkəmləndirilməsi üçün bu cür layihələrin davamlı həyata keçirilməsinə çalışacayıq . Sağlam şagirdlər sağlam gələcək deməkdir !