Riyaziyyat aylığı ilə əlaqədar açıq dərs keçirildi
06.01. 2022-ci il tarixdə “Riyaziyyat aylığı” çərçivəsində məktəbin riyaziyyat müəllimi Nadirova Vəfanın V "B" sinifdə "Onluq kəsrlərin toplanması” mövzusunda açıq dərsi keçirilmişdir. Müəllim dərsin gedişatı prosesində interaktiv təlim metodlarından geniş şəkildə istifadə etmişdir. Dərsin əsas məzmunu slayd formasında hazırlanmış materialda öz əksini tapmışdır. Əldə edilmiş yeni bilikləri daha da möhkəmləndirmək məqsədilə müəllim qrup işlərində verilmiş tapşırıqlarda şagirdlərə düstur əsasında misalı həll etməyi tapşırdı. Şagirdlər onlara verilən tapşırıqların öhdəsindən xüsusi cəldlik və məharətlə gəldilər. Açıq dərsdə məktəbin direktoru Mansıtova Mehparə, Tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, metodbirləşmə sədri Ağaməliyev Möhsün, riyaziyyat müəllimi Həsənova Yeganə, Hacıyeva Natəvan, psixoloq Qəhrəmanova Röya iştirak etmişlər. Dərsin müzakirəsi zamanı müxtəlif fəaliyyət növlərindən istifadə, müəllim-şagird münasibətinin düzgün qurulması dərsdə iştirak edən müəllimlər tərəfindən yüksək qiymətləndirildi. Sonda dərsdə iştirak edən bütün müəllimlər həmkarlarına iş fəaliyyətində uğurlar qazanmağı arzuladılar.