Heydər Əliyev irsinin öyrənilməsi
12 yanvar 2022-ci il tarixində saat 14:00-da Pirallahı rayon üzrə 168 nömrəli məktəbdə "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda 168,186, 231 235,243, nömrəli məktəblərin 11ci sinif şagirdlərinin və məsul şəxslərin iştirakı ilə dərs keçirildi. Şagirdlərə Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanda dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması,ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosisl-iqtisadi layihələr, qazanılan uğurlar haqqında daha ətraflı məlumatlar çatdırıldı.
Əvvəlcə Ulu öndərin geniş miqyaslı gərgin fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.Sonra 235 nömrəli məktəbin tarix müəllimi Türkan şagirdlərə daha ətraflı və dolğun məlumatlar çatdırdı.