Kiçik Akademiyanın üzvləri Atəşgah Dövlət Tarixi Memarlıq qoruğunda olublar
Məktəbin tərbiyə işləri üzrə direktor müavin Sevda Rəhimova və tarix müəllimi Səbinə Qasımovanın rəhbərliyi ilə 16.12. 2021-ci il tarixində Kiçik Akademiyanın üzvləri Zərdüştluyun dini mərkəzi hesab olunan Suraxanı rayonunda yerləşən Atəşgah Dövlət Tarix Memarlıq qoruğunda olublar.Şagirdlər "Azərbaycanda Dini inanclar" mövzusu çərçivəsində Azərbaycanda ən qədim dinlərdən hesab olunan zərdüştlük dini ilə daha yaxından tanış olublar . Şagirdlərimiz məbədin restavrasiyadan əvvəlki və sonrakı görüntüləri ilə də tanış oldular . Kahinlər , onların dini ayinləri şagirdləriin diqqətini cəlb edib . Məbədi gəzinti şagirdlərə daha dolğun təsəvvürlər formalaşdırib. Azərbaycanın nadir memarlıq nümunəsi hesab olunan Atəşgah 1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınması üçün namizəd göstərilmişdir.