Aşıq Ələsgər-200

Bu gün məktəbin Azərbsycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova tərəfindən VIII "A" sinfində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş açıq dərs keçirilib

Açıq dərsdə məktəbin direktoru , fənn müəllimləri və uşaq birliyi rəhbəri iştirak ediblər.

Məktəbin 8 “a” sinif şagirdləri Aşıq Ələsgərə aid şerlər səsləndiriblər. Şagirdlərin Aşıq Ələsgər haqqındakı məlumatları daha da zənginləşib. Dərsin keçirilməsində məqsəd Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı, onun tarixi, mədəniyyəti, həyat tərzi, adət-ənənnələri haqqında zəngin məlumatlarla şagirdləri məlumatlandırmaqdan ibarət olub. Giriş sözü ilə müəllim Azərbaycan aşıq yaradıcılığının ustad sənətkarı olan Aşıq Ələsgərin həyat və yaradıcılığı ilə tanış edib. Sonra şagirdlər onun yaradıcılığına həsr olunmuş şeirlər söyləyiblər. Sonda  müəllimlər dərsdə fəal iştirak edən şagirdlərə öz minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi