Narkomaniya və erkən nikah
27.11.2021-ci il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova, psixoloq Röya Qəhrəmanovanın rəhbərliyi ilə məktəbin yuxarı siniflərinin risk qrupuna daxil olan şagirdləri ilə “Erkən nikahın fəsadları” mövzusunda və "Narkomaniyaya yox deyək" adlı maarifləndirici tədbirlər keçirildi.
Erkən nikahın fəsadları mövzusunda ailə modelinin formalaşdırılması, erkən nikahın yaratdığı problemlər barədə söhbət aparıldı, mövzuya uyğun slaydlar nümayiş etdirildi.
Narkomaniyaya yox deyək" adlı tədbirdə nakomaniyanın yaratmış olduğu fəsadlar, onun insan sağlamlığına vurabiləcəyi mənfi təsirlərdən bəhs edən videoçarxlar izlənildi. Sonda tədbirdə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər çıxış edərək son zamanlar narkomaniyanın sürətlə yayılması, onun həlli yolları, gələcəkdə görülə biləcək qabaqlayıcı tədbirlər haqqında söhbət açdılar və gənclərlə müzakirələr apardılar.