Nizam Gəncəvi 880 illiyi ilə əlaqədar xüsusi dərs

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq 2021-ci il Prezidentin Sərəncamına əsasən "Nizami Gəncəvi ili" elan edilib. Nizami Gəncəvi ili ilə bağlı hazırlanmış Fəaliyyət Planında bu il ərzində müxtəlif şeir, rəsm, intellektual müsabiqələr, açıq dərslər, təşkilat saatlarının keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova 8 "A" sinfində  xüsusi dərs keçib.

Xüsusi dərsin keçirilməsində əsas məqsəd Nizami yaradıcılığını daha dərindən öyrənmək və gələcək nəsillərə dahi şairimizi yaxından tanıtdırmaqdan ibarət olub.

Şagirdlər dahi şair, mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat veriblər. Daha sonra öyrəndikləri qəzəlləri və hazırladıqları video materialları təqdim ediblər. Dərs şagirdlərin böyük marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi