Konstitusiya Günü münasibətilə tədbirlər keçirildi
Ölkəmizin tarixində əlamətdar hadisələrdən biri olan Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə məktəbimizdə tədbir keçirildi.
Düz 26 il bundan öncə -1995-ci ilin 12 noyabr tarixində Müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Bu gün münasibəti ilə məktəbin tarix müəllimi Aygün Zeynalova və Ədəbiyyat Azərbaycan dili müəllimi Sevda Alxasovanın təşkilatçılığı ilə Şükür Həmidov adına 8"A" sinfində tədbir keçirildi. Tarix müəllimi Aygün Zeynalova 12 noyabr Konstitusiya Gününün xüsusiyyətlərindən, onun Azərbaycan üçün dəyərli əhəmiyyətindən danışdı. Azərbaycan dili müəllimi Sevda Alxasova konstitusiyada Azərbaycan dili ilə bağlı bir maddə olduğunu və bu maddənin Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili konstitusiyaya Azərbaycan dövlət dili kimi daxil edildiyini qeyd etdi. Sonra şagirdlər dinlənildi.
Məktəbdə keçirilən "Konstitusiya şagirdlərin gözü ilə" adlı tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rüfət Əhmədov, məktəbin direktoru Mehparə Mansırova, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova da iştirak etdi. Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rüfət Əhmədovöz çıxışında müstəqil Azərbaycanın əsas qanunu – 12 noyabr Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günlə əlaqədar tədbir iştirakçılarını təbrik etdi, bu hadisənin Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biri olduğunu vurğuladı.
Bildirildi ki, Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 26 ildir, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir.