Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

 Noyabrın 5-da məktəbin akt zalında “Zəfərə gedən yol!” adlı tədbir keçirilib.Tədbir məktəbin ibtidai sinif müəllimləri Xırdaxanım Əmirova, Iradə Muradovava və məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova tərəfindən  təşkil olunub. Tədbirdə Pirallahı Rayon Icra Hakimiyyətinin əməkdaşları, Pirallahı rayon Vətən müharibəsi iştirakçısı  Elşən Lalayev və onun bir qurup döyüş yoldaşları,   Pirallahı rayon şəhidlərinin - Baş Leytenant  Vüsal Babayevin anası Əntiqə xanım,  Elmar Nəbiyevin anası Çiçək  xanım, məktəbin məzunu ll Qarabağ şəhidi Fərmayıl Məlikovun anası Pakizə xanım, Şamaxı rayonundan Vətən müharibəsi şəhidi Baş Leytenant Murad Ibadovun anası və ailəsi, Neftçala rayonundan XTQ şəhid Maarif Əliyevin anası Sevda xanım, şəhidin həyat yoldaşı Solmaz xanım, şəhidin qardaşı Təbriz,  Bakı şəhərindən şəhid Fəxri Məmmədovun anası Kəmalə xanim, Qəbələ rayonundan Vətən müharibəsi şəhidi Palkovnik Leytenant Əfqan Abdulrəhmanovun həyat yoldaşı Rəqinə xanım, Qəbələ rayonundan şəhid Dəmirli Elşənin atası Dəmirli Gündüz iştirak ediblər. Qonaqlar əvvəlcə şəhid adı daşıyan hər bir siniflə tanış olublar. Və sonra müdiriyyət və sinif adından təşəkkürnamə ilə təltif olunblar. 

Təşkil olunan böyük tədbir Dövlət Himninin səsləndirilməsilə başlanıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə məktəbin direktoru Mehparə Mansırova çıxış edib. O öz çıxışında 44 günlük müharibədə qazanılan Zəfərdən, Ali Baş Komandan, Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətindən danışıb, gələn qonaqları Zəfər bayramı münasibətilə təbrik edib. Tədbirdə  iştirak edən məktəbin  tarix müəllimi Şəfəq Abdıyeva  Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirib. Müəllim xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb. Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyən Şəfəq müəllim onların məktəblilər üçün əsil örnəyə çevrildiyini qeyd edib.

Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və otuz ili əhatə edən  ədəbi-bədii kompozisiyalarla davam edib. Ədəbi –bədii kompozisiyalar hamı tərəfindən bəyənilib.  Daha sonra 44 günlük müharibəni və  hörmətli Prezidentimizin çıxışlarını əks etdirən videoçarx nümayiş etdirilib. Şəhid analarının əllərindən öpülərək , onların qarşısında baş əyilib. Tədbir çox yüksək səviyyədə keçərək, hamı tərəfindən bəyənilib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi