Vətən müharibəsi və Zəfərə gedən yol -blok dərs

25.10.2021-ci il tarixində Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin 8"A" sinfində ədəbiyyat və tarix fənlərindən blok dərs keçirilmişdir. Dərs "Vətən müharibəsi və zəfərə gedən yol" mövzusu üzərində qurulmuşdur. Dərsdə məktəbin direktoru Mehparə Mansırova, müəllimlərdən Kəklik Böyükkişiyeva, Natəvan Ismayılova, Şəfəq Abdıyeva , qonaq qismində II Qarabağ qazisi Nüsrət Qədirov, məktəbin psixoloqu Röya Qəhrəmanova, və digər işçilər iştirak ediblər. Himn səsləndirildikdən sonra, şəhidərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin tarix müəllimi Aygün Zeynalova bu günün şanlı tarixlərdən birinin olmasını qeyd edib, Qubadlı şəhərinin 25 oktyabr 2020-ci ildə azad olunduğunu bir daha şagirdlərin diqqətinə çatdirdı. Şagirdlər Qubadlının Armudlu kəndində anadan olmuş Milli Qəhrəman Şükür Həmidov Qubadlı döyüşlərində şəhid olunması haqqında hazırladıqları referat və təqdimatlarını nümayiş etdirdilər. Qeyd edim ki, 8"A" sinfi Milli Qəhrəman Şükür Həmidovun adını daşıyır. Dərs şagird və müəllimlərin hazırladığı slaydlarla (ədəbiyyat müəllimi Sevda Alxasova, tarix müəllimi Aygün Zeynalova) maraqla dinlənilmiş, və yaddaqalan olmuşdur. Tarix müəllimi A.Zeynalova Şuşanın azad olunduğunu, çox incəliklə şərh etdi. S. Alxasova Ş.I.Xətai, M.P. Vaqif, M.V. Vidadi, S. Vurğun yaradıcılığını nümunələrlə tarixlə əlaqələndirərək geniş şərh verdi. Dərs Ali Baş Komandanın nitqi və Dədə-Qorqud duaları ilə başa çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi