"Son zəng" çalındı

Artıq uzun illərdir ki, ”Son zəng” Azərbaycanın orta ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd olunur. 14 iyun tarixində ölkəmizin hər bir guşəsində olduğu kimi bizim məktəbdə də “Son zəng” tədbiri keçirildi. Son zəngin vurulması ilə 2015-2016 cı dərs ilinin başa çatması qeyd olundu, məktəbmizin 11-ci sinif şagirdləri məzun adını qazanaraq doğma məktəbə vida etdilər. Məzunlar üçün təşkil olunan tədbirdə məktəbin rəhbərliyi və müəllimlər iştirak edərək məzunları təbrik etdilər. İlk olaraq tədbirə Dövlət bayrağı gətirildi. Ənənəyə görə bayraq I sinif şagirdlərinə təhvil verildi. Təbrik üçün ilk söz məktəbin direktoru Mikayılov Şakirə verildi. Şakir müəllim ölkəmizdə gedən hərtərəfli inkişafdan danışaraq hər bir sahədə olduğu kimi təhsil sferasına da respublika Prezidenti cənab İlham Əliyevin və onun xanımının diqqət və qayğısı olduğunu xüsusi vurğuladı. Daha sonra o, öz çıxışında tədbir iştirakçılarına məktəbin nailiyyətlərindən, adlı-sanlı qabaqcıl müəllimlərindən bəhs etdi. Məktəb və şagirdlərin müxtəlif müsabiqə iştirakçıları olduğunu qeyd etdi və bu müsabiqələrdə müxtəlif fərmanlara layiq görüldüyünü vurğuladı. O, məzunları təbrik edərək onlara uğurlar arzuladı.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı iştirak edirdi. O, çıxış edərək 168 saylı tam orta məktəbin rayonumuzun ən qabaqcıl məktəblərindən biri olduğunu qeyd etdi. Bu məktəbin həm də öz məzunları ilə fəxr etdiyini vurğuladı. Tədbirin davamı prosesində çıxış edən məzunlarımızın valideynləri öz çıxışlarında müəllimliyin necə çətin bir peşə olduğunu qeyd etdilər. Onlar bütün müəllimlərə öz minnətdarlığını bildirərək onlara öz çətin və məsuliyyət dolu işlərində uğurlar arzuladılar.Tədbir məzunların hazırladıqları musiqi və rəqslərlə davam etdi. Tədbirin yekununda məktəbin simvolik “Bilik Açarı”nı məzunlar I sinif şagirdlərinə təhvil verdi. Sonda son zəng səsləndi. Bu zəng artıq onları siniflərə deyil, müstəqil həyata səsləyirdi.Biz də məzunlarmızı təbrik edir, qəbul imtahanlarında hər il olduğu kimi bu ilki məzunarımızdan da yüksək nəticələr gözləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi