"Müstəqilliyin bərpası günü"nə həsr olunmuş tədbir keçirilib

Bu gün məktəbin 2"A" sinfində Iradə Paşayevanın təşkilatçılığıi ilə "Müstəqilliyin bərpası günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin : "Müstəqilliyi qazanmaq asan, onu qoruyub saxlamaq çətindir" cümləsi ilə başlanan videoçarx izlənilib. Sonra şagirdlər müstəqillik haqqında fikirlər səsləndirib, şeir, rəqs və mahnı ifaları ilə çıxışlar ediblər.