Vətənin üzünün güldüyü gün-Cəbrayıl, sən azadsan!
Bu gün çox gözəl gündür. Bu gün Vətənin üzünün güldüyü,Vətən bağının al-əlvan olduğu gündür.Bu gün məktəbimizdə Cəbrayıl rayonunun azadlığının ilk ilidönümü münasibətilə tədbir təşkil edilib. Tədbir məktəbin akt zalında keçirilib, şəhidlərimizin əziz xatirəsi ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.
Tədbidə Pirallahı Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin əməkdaşı Anar Babayev, Pirallahı rayon qaziləri- Ramiz Həsənli, Elxan Məmmədhəsənov və məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər
Keçirilən tədbirdə çıxış edənlər Cəbrayıl şəhərinin işğaldan azad olunmasının strateji cəhətdən çox böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Bu şəhərin azadlığının qələbəmizə böyük təsir göstərdiyi vurğulanıb.
Tədbirə 44 günlük Vətən müharibəsini əks etdirən videoçarxn nümayiş edilməsi və şagirdlırin vətənpərvərlik mövzusunda şeirlər səsləndirməsi ilə yekun vurulub