Psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi
Məktəbin psixoloqu Roya Qəhrəmanova 27.09.2021-ci il tarixində birinci sinif şagirdlərinin məktəbə psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi ilə əlaqədar olaraq psixodiaqnostik yoxlama keçirib. Məqsəd birinci sinif şagirdlərinin məktəbə adaptasiya prosesinə dəstək olmaqdan ibarətdir.Keçirilən yoxlama zamanı ünsiyyət bacarıqlarına və təşvişin azaldılmasına istiqamətlənən oyun ( günəş oyunu, hava balonu oyunu) və çalışmalar tətbiq olunub.