Yeni dərs ili başladı

22.sentyabr 2021-ci tarixində məktəblərdə yeni tədris ilinə start verildi. Təhsil Nazirliyinin qərarına əsasən yalnız I-IV siniflər tam tələblərə uyğun , bütün qaydalara riayət etməklə məktəbə daxil oldular.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Vətən uğrunda şəhid olan övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Mehparə Mansırova çıxış edərək şagirdləri tarixə "Zəfər ili" kimi daxil olan yeni tədris ili münasibəti ilə təbrik edib, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzu etdi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova çıxış edərək bu ilki dərs ilinin daha fərqli olduğunu, qalib ölkə olaraq xalqımıza Qarabağ zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə borclu olduğumuzu vurğuladı. Birincilər məktəbə, qələbəyə həsr olunmuş şeirlər səsləndirdilər. Təhsil Nazirliyinin qərarına əsasən ilk dərslər "Qarabağ Azərbaycandır" mövzusuna həsr edildi.