Son zəng qeyd olundu
İyunun 14-də məktəbin onbirinci sinifləri üçün “Son zəng” çalındı. Tədbir mövcud qaydalara uyğun keçirildi. Məktəbin rəhbərliyi, məhdud sayda müəllimlər tədbirdə iştirak etdilər. Direktor Mehparə Mansırova çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. Məzunlar isə söz alaraq, məhdud sayla da olsa, tədbirin keçirilməsindən çox sevinc hissi keçirdiklərini bildirdilər. Sonda məzunlar üçün Son zəng çalındı. Tədbirdə Rayon Icra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin baş məslətətçisi Anar Babayev iştirak etdi.