Şəhid baş leytenant Murad İbadovun əziz xatirəsi yad edildi

Vətən, Millət və Bayraq uğrunda canından keçərək şəhid olmuş baş leytenant Murad İbadovun əziz xatirəsi yad edildi.

168 nömrəli məktəbin şəhid Murad İbadovun adını daşıyan 5"A" sinfi və sinif rəhbəri, UBR, məktəbin rəhbər heyəti 05.06.2021-ci il tarixində şəhidlik zirvəsini fəth etmiş qəhrəmanımızın ailəsini ziyarət etmiş, Şəhidimizin ev muzeyi və ən əsası Şəhadətə yüksəlişinə yaxından tanış olmuşlar.

Mərasimdə Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon məktəb direktorları, bələdiyyə nümayəndələri, şəhidin müəllimləri də yaxından iştirak etdi.

Məktəb kollektivi və şagirdlər doğulub boya-başa çatdığı Qobustan rayon Cəyirli kəndində dəfn olunmuş şəhidin məzarını ziyarət etdilər. Şagirdlər Vətən övladının məzarı üstünə əklil və tər qərənfillər düzüb, şeirlər səsləndirdilər. Şəhidimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edildi.Şəhidin valideynlərinə üzərində qəhrəmanımızın döyüş yolunu əks etdirən fotostent təqdim etdilər. Sonra həmin kənddən olan Şəhid Elxan Məmmədovun da məzarı ziyarət edildi, ailəsi ilə görüş keçirilib dərin hüznlə baş sağlığı verildi.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi