28 May Respublika Günü qeyd olundu

Mayin 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. 27 may 2021-ci il tarixində bu şanlı tarixlə əlaqədar məktəbin əyani və onlayn qaydada tədris olunan bütün siniflərində kiçik tədbirlər təşkil olundu.Dərslər dövlət rəmzimiz-himnimiz səsləndirilməklə başladı. Ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olan, tariximizin ən parlaq və şanlı səhifələrindən olan 28 May Respublika Günü münasibətilə məktəbin müəllimləri şagirdlərə geniş məlumatlar verdilər. Şagirdlər bu günü böyük sevinclə qeyd etdilər.Ürəklərində vətənə, torpağa sevgiləri dünya boyda olan bu uşaqlar müstəqil Azərbaycan Respublikasının yaranmasından, bu dövlətin qurucularından və müstəqillik yolunda canını fəda edənlərdən danışmaqla bu günün tarixi haqqında biliklərini yoldaşları ilə bölüşdülər. İstedadlı şagirdlərdən bəziləri Xalq Cümhuriyyəti haqqında düşüncələrini rəsm çəkməklə ifadə etdilər, videoçarxlar hazırlandı, bəziləri vətənə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər.