Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş onlayn dərs
Mayın 8-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova tərəfindən virtual platforma üzərindən 9 "A" sinif şagirdləri ilə Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş dərs təşkil edildi.İlk öncə Ümummilli Lider, Azərbaycanın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Müəllim Sevda Alxasova Ulu Öndərimizin Qarabağ torpaqlarımızın işgal olunduğu dövrlərdə qaçqınlarla, məcburi köçkünlərlə görüşlərində, yüksək tribunalardan çıxışlarında söylədiyi:"Biz mütləq Qarabağa, Şuşa şəhərinə qayıdacağıq. Azərbaycan bayrağı mütləq Şuşa şəhərində dalğalanacaq",-fikirlərini söylədi. Biz buna Ulu Öndərimizin bizə, xalqımıza ərmağan qoyub getdiyi bu gün böyük şəxsiyyət, tarixi sərkərdəmiz olan Ilham Əliyevin simasında nail olduq və onun müzəffər ordusunun simasında nail olduq. Və bu gün Ulu öndərimizin vəsiyyətləri Cənab Ali Baş Komandanimiz İlham Əliyev tərəfindən həyata keçirildi. Prezidentimiz özü də, çıxışlarında qeyd etdi ki, mən ata vəsiyyətlərini yerinə yetirdiyim üçün özümü xoşbəxt hiss edirəm. Nə qədər ki, Azərbaycan var, Ulu öndərimizin müstəqil Azərbaycan Respublikasının yaranmasındakı xidmətlərini unuda bilmərik söylədi Sevda Alxasova.
Dərsdə doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən dahi şəxsiyyətin, milli həmrəyliyimizin banisi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən, fəaliyyətindən danışıldı və videoçarxlar nümayiş etdirildi. Şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirib, yazdıqları esseləri təqdim edib, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalq, dövlət, cəmiyyət üçün yorulmadan göstərdiyi fəaliyyətdən söz açdılar.
Sonda Sevda Alxasova bir daha vurğuladı ki, ruhu Vətən göylərində sülh quşu tək qanad çalan Ulu Öndərimiz bizim qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Nə qədər ki, Azərbaycan var, nə qədər ki Azərbaycan xalqı var və Azərbaycanı dünyada tanıdan və onun müstəqilliyini qoruyub saxlamağı bacaran məşhur sərkərdəsi Cənab Ali Baş Komandan var, Azərbaycan bayrağı daim dalğalanacaq, Azərbaycan xalqı yaşayacaq və Ulu Öndərimizə Allah qəni-qəni rəhmət etsin deyəcək.