Müstəqil Azərbaycanın memarı -Heydər Əliyev 98
Mayın 6-da məktəbin tarix müəllimi və eyni zamanda Kiçik Akademiyanın prezidenti Şəfəq Abdıyevanın təşkilatçılığı və K.A-nın iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı -Heydər Əliyev" adlı onlayn konfrans keçirildi. Konfransda Ulu Öndər Heydər Əliyevin həyatı və keçdiyi ömür yolundan, Azərbaycanın müstəqilliyi uğrunda apardığı siyasətdən danışıldi. Iti zəkaya, mətin iradəyə malik olan Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycanla qürur duyduğu bildirildi, onun gördüyü işlər haqqında konfrans iştirakçılarına geniş məlumat verildi,şagird araşdırmaları təqdim olundu. Şagirdlərdə Ulu Öndərə məhəbbət hissi formalaşdı. Konfransda məktəbin direktoru Mehparə Mansırova, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova iştirak etdi.