Diaqnostik imtahan keçirildi
Martın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə bütün məktəblərdə olduğu kimi 168 nömrəli tam orta məktəbin IX siniflərində buraxılış fənləri üzrə diaqnostik imtahan keçirilib. İmtahanda 77 şagird iştirak edib. Şagirdlərə ümumilikdə 85 sualdan ibarət iki variantda (A və B) test kitabçaları paylanıb. Şagirdlər üç saat ərzində sualları cavablandırıblar. İmtahan bitdikdən sonra nəticələr yoxlanılaraq kurator məktəbə göndərildi.