Xocalı faciəsi anıldı

 

   Fevralın 26-sı tədris olunan ilk dərs və məşğələlər (ənənəvi və onlayn) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edildi. Videoslaydlar, divar qəzetləri, stendlər, guşələr hazırlandı, xüsusi dərslər, videokonfranslar,  rəsm  sərgisi təşkil olundu.  Xocalı faciəsi barədə filmlər nümayiş olundu.

Məktəbin ibtidai sinif müəllimləri -Əmirova Xırdaxanım, Muradova İradə, Musayeva İlhamə xüsusi dərs, tarix müəllimi İsparova Aynur, Abdıyeva Şəfəq videokonfrans,təşkil etmişlər. 

  "Tədbirlər Planı”na əsasən təşkil olunan  dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Xocalı qurbanlarının xatirəsi yad edildi, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verildi.
Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğu və bu hadisənin heç vaxt yaddaşlarımızdan silinməyəcəyi şagirdlərin diqqətinə çatdırıldı.    

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər vasitəsilə nümayiş etdirdilər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi