Bu gun ilk çərşənbə -Su çərşənbəsi qeyd olunur

    Bu gun ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

    Məktəbin ibtidai sinif müəllimləri Novruzun ilk müjdəçisi olan Su çərşənbəsi haqqında şagirdlərə geniş məlumatlar verdilər.

    3”B” sinfinin sinif rəhbəri İlhamə Musayeva Su çərşənbəsinin təsadüfi olmadığını, onun suya tapınma inamı ilə bağlılığını şagirdlərin diqqətinə çatdırdı. Sonra inama görə suların Su çərşənbəsi günü təzələnməsindən, bu inanca görə də çərşənbə günü gün doğmazdan öncə kənd yerlərində insanların bulaq üstünə gedib, əl-üzünü yumasından, bir-birinin üzərinə su çiləməsindən söhbət açdı. Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri olduğunu qeyd etdi. Sonra şagirdlərin üzərinə su çiləyərək onları təbrik etdi.

    İradə Muradova Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsinin el arasında necə adlandırılmasını-“Əzəl çərşənbə”,”Gözəl çərşənbə”, ”Gül çərşənbə”, ”Sular Novruzu” adlandırılmasını 1”A” sinif  şagirdlərinin diqqətinə çatdırdı.

    İbtidai sinif müəllimləri bildirdilər ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini şagirdlərin diqqətinə çatdırdılar.

    Daha sonra şagirdlər Su çərşənbəsinə aid şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi