Parlaq Zəka intellektual oyununun qalibi olduq
Şagirdlərimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən “Parlaq Zəka” intellektual oyununun məktəblilər arası 2-ci çempionatının qalibi oldu. Pirallahı rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında yüksək xal fərqi ilə birincilik qazanan komanda üzvlərimiz rayonumuzu və eləcə də, məktəbimizi şəhər çempionatında təmsil etməyə vəsiqə qazandılar. Oyun humanitar-ictimai profilə əsasən tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri əhatə edir. Qeyd edək ki, məktəbimizin Parlaq Zəkalıları analoji uğuru keçən il də qazanaraq rayon məktəbliləri arasında fərqlənərək çempionatın şəhər turunda 5 rayon 16 məktəb üzrə bizə qələbə sevinci yaşadaraq II yerin qalibi olmuşdular. Şagirdlərimizə Parlaq Zəka” intellektual oyununun məktəblilərarası 2-ci çempionatının da qalibi olmaq üçün bütün müəllim və şagird kollektivimiz adından uğurlar, parlaq zəka və ruh yüksəkliyi arzulayırıq.