Yol hərəkətinin təhlükəsizliyi

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” ilə əlaqədar olaraq 17-19 fevral tarixlərində ibtidai siniflərdə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda kiçik tədbirlər (karantin qaydaları gözlənilməklə), xüsusi dərslər keçirildi.

 Məktəbin ibtidai sinif müəllimi İlhamə Musayevanın təşkilatçılığı ilə  3”B” sinfində  şagirdlərin yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair maarifləndirici tədbir keçirildi.Tədbirdə məktəbin psixoloqu Röya Qəhrəmanova, UBR Zülfunaz Abasova iştirak etdilər.Slaydlar göstərildi. Şagirdlər səhnəciklər, çəkdikləri yol nişanlarının rəsmlərini izah  və nümayiş etdirdilər

Xüsusi dərslərdə şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları, yol nişanlarının mənaları izah edildi və yolda şagirdlərin təhlükəsizliklərinin təmin edilməsi üçün  məlumatlar verildi.  Daha sonra şagirdlər öyrəndikləri məlumatları yol hərəkəti qaydalarına aid “Yadda saxla və riayət et” adlı məlumatverici lövhədə göstərdilər. ,

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi