Beynəlxalq Ana Dili Günü

    Fevralın 18-də məktəbin ibtidai sinif müəllimi Xırdaxanım Əmirova 2 "A” sinfində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə məktəbin psixoloqu Röya Qəhramanova, uşaq birliyi rəhbəri Zülfünaz Abasova  iştirak ediblər.

X.  Əmirova şagirdlərə dilimizin saflığı, gözəlliyi, səlisliyi, zənginliyi haqqında geniş məlumat verib, norma və qaydalarına əməl etməyi şagirdlərə məsləhət verib. Hər bir insanın ana dilini yaxşı bilməli və onu qorumalı olduğunun vacibliyini  bildirib. Dilimizi yaxşı mənimsəmək üçün şagirdlərə  Məktəblinin Orfoqrafiya –Orfoepiya və İzahlı lügət kitablarını hədiyyə edib.

Tədbirdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar söyləyiblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi