V-IX siniflər üzrə əyani dərslər bərpa olundu
Fevralın 15-də ümumi təhsil müəssisələrinin V-IX sinifləri üzrə əyani dərslər qismən bərpa olundu.
Əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə təşkili nəzərdə tutulub.
Həftədə 2 dəfə olmaqla iki növbəli şəkildə şagirdlər dərslərdə iştirak edəcəklər. Bununla əlaqədar dərs cədvəli tərtib edilmişdir.
Əvvəlcədən siniflər sanitar - epidemioloji qaydalara uyğun olaraq dezinfeksiya edilib, sinif otaqlarında hər parta arxasında bir şagirdin oturması qaydaları və onlar arasındakı məsafənin az olmaması təmin edilib.
Qeyd edək ki, məktəbin girişində pandemiya şəraitinə uyğun olaraq, ara məsafəsi gözlənilərək tibb bacısı və məsul şəxslər tərəfindən müəllim və şagirdlərin bədən hərarətləri ölçüldü, əlləri dezinfeksiya edilərək məktəbə daxil oldular. Sinif otaqlarında şagirdlər tibbi maskadan istifadə edərək, məsafə ilə əyləşdilər.
Sonra 10 saylı BŞX-nin həkimi Günay Babayeva və tibb bacısı Könül Rüstəmova şagirdlərlə Covid 19 pandemiyası ilə əlaqədar virusla necə mübarizə aparmaq, daha etibarlı qorunmaq, bu virusa qalib gəlməklə bağlı söhbətlər aparıb, onlara lazımı məsləhətlər verdilər. Şagirdləri maraqlandıran sualları cavablandırdılar.