Onlayn müsabiqələrin qalibləri müəyyən olundu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020/2021-ci tədris ili üçün “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” olan “Fəaliyyət planı”nda əksini tapan mövzular üzrə onlayn formada bir sıra müsabiqələr təşkil olunub və qaliblər müəyyən edilib.
“Vətənin qəhrəman oğulları” mövzusunda ən yaxşı təqdimat hazırlayan K. A-nın üzvləri - 8 “A” sinif şagirdi Aytən Məmmədova, “Azərbaycan ordusunun Vətən müharibəsində 44 günlük zəfər yürüşü və dünya hərb tarixind açdığı yeni səhifə” adlı inşa esse yazan 9 ”A” sinif şagirdi Rəna Nəsibli, ən yaxşı bülleten hazırlayan 10 “A” sinif şagirdləri Nurlan Abdullayev, Güləndam Abdullayeva, “Qarabağ musiqisi – qəlbin musiqisi” adlı mahnı ifa edən 5 “B” sinif şagirdi Fatimə Əliyeva, “Qarabağ dünən, bu gün və sabah” mövzusunda rəsm çəkən 5 “C” sinif şagirdi Yusif Məmmədov, 5 “A” sinif şagirdi Aytac Dadaşzadə, 6 “A” sinif şagirdi Fidan Alxasova müsabiqənin qalibi müəyyən olunublar.