“Nizami Gəncəvi İli” ilə əlaqədar silsilə tədbirlər

        Prezident Ilham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasında 2021-ci il "Nizami Gəncəvi ili" elan olunub.

    2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılğının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, "Nizami xəzinəsi"ndən adlı layihəyə start verilib. Bu layihəyə uyğun olaraq məktəbin tərbiyə işləri üzrə direktor müavini  Rəhimova Sevda və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin -Alxasova Sevda, Manafova İlhamə, Musayeva Sevdanın rəhbərliyi və təşəbbüsü ilə silsilə tədbirlər (onlayn) hazırlanıb həyata keçirilir. 7"A" sinif şagirdləri Yaftullayeva Gülnar, Yaftullayeva Gülnaz "Yeddi Gözəl"  poemasından parçalar, Abasov Anar Nizami Gəncəvinin "Sənsiz " qəzəlini, Cavadov Elvin Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Nizami Gəncəvi muzeyi haqqında videotəqdimat, 9 "A" sinif şagirdi Əsədli Fidan şairin  həyat  və yaradıcılığından, 10 "A" sinif şagirdi Pirmuradova Röya "Az danşmağın gözəlliyi", rəsm çəkmək bacarığı ilə fərqlənən 10 "A" sinif şagirdi Hüseynli Lamiyə hazırladığı videotəqdimatda dahi şəxsin həm çəkdiyi şəklinə yer ayırdı, həm də onun incilərindən olan "Leyli və Məcnun"  poemasından parçalar səsləndirdilər. 8 "B" sinif şagirdləri Sona Məmmədova, Aysu Mikayılzadə  "Nizami yaradıcılığında qəhrəmanlıq"  mövzusunda videotəqdimatlar  hazırladılar. 

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi