20 Yanvar faciəsinin otuz birinci il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Yanvarın 19-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Manafova İlhamə "Şəhidlik klassik ədəbiyyatda və müasir ədəbiyyatda necə təcəssüm olunub" mövzusunda 5 "B, 7 "C", 8 "B", coğrafiya müəllimi Əhmədova Xoşgünab 5 "C", 6"Ç" siniflərində video konfrans şəklində, psixoloq Qəhrəmanova Röya 6 "B" sinfində "20 Yanvar Ümumxalq hüzn günü"nün 31-ci ildönümü ilə əlaqədar "Açıq dərs" təşkil etmişlər.
Açıq dərsdə məktəbin direktoru Mehparə Mansırova, tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, fənn müəllimləri Zeynalova Failə, Maksumova Təranə, Nadirova Vəfa, Abusəttarova Səbuhə, Həsənova Günel iştirak etmişlər.
Açıq dərsdə İlhamə Manafova vurğulayıb ki, 20 Yanvar faciəsi ədəbiyyatımıza şəhidlik mövzusu, şəhid obrazı gətirdi. Qabilin "Mərsiyə", M.Aslanın "Ağla qərənfil, ağla", M.Dilbazinin, N.Kəsəmənlinin, Z.Yaqub və başqa şairlərin yaradıcılıqlarından nümunələr gətirərək bu mövzunun layiqli yerini tapdığını bildirib. Şagirdlər bu şairlərdən şeirlər səsləndiriblər. Videoslaydlar da göstərilib.
Psixoloq Qəhrəmanova Röya bu faciənin yaddaşlarda necə həkk olunması haqqında söhbət aparıb, 20 Yanvar faciəsi şagirdlərin yaddaşında hansı assosiasiyalar yaradır və şagirdlər bu kəlməni eşidərkən təxəyyülündə hansı mənzərələrin canlanmasını onlara izah edib.
Dərsin sonunda Həsənova Günelin təşəbbüsü ilə şagirdlər çəkdikləri rəsmləri sərgiləyiblər.
Ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə şagirdlər 20 Yanvar faciəsini əks etdirən rəsmlərdən ibarət video slaydlar hazırlayiblar.