Məktəbimizdə “Heydər Əliyev - milyonların sevgi ünvanı” adlı ədəbi-bədii kompozisiya keçirildi

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə 10. 05. 2016-ci il tarixində məktəbimizin akt zalında məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə “Heydər Əliyev milyonların sevgi ünvanı” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin möhtəşəm sədaları altında başlayan tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda açdı. Heydər Əliyevin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükütla yad olunduqdan sonra, Sevda müəllimə ümummilli liderin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. O, Heydər Əliyev dühasından, onun dövlətçilik tarixindəki rolundan söz açaraq Azərbaycan ordusunun formalaşmasının, iqtisadiyyatın güclənməsinin bu böyük şəxsiyyətin polad iradəsi hesabına başa gəldiyini xüsusi qeyd etdi. Tədbirdə daha sonra çıxış edən məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik dahi rəhbər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında misilsiz tarixi xidmətlərindən danışmış, ulu öndərin şərəfli ömür yolunun gələcək nəsillər üçün bir məktəb olduğunu şagirdlərin nəzərinə çatdırmışdır. O, dahi rəhbərin siyasətinin bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra başlayan bədii hissə məktəb kollektivinin hazırladığı, şagirdlərimizin ifasında səslənən maraqlı ədəbi-bədii kompozisiya ilə davam edib.Tədbirin yekununda ümummilli liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən slaydlar göstərilmiş, onun yaradıcılığından bəhs edən “Mən Azərbaycanlıyam!” adlı sənədli filmi nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi