"Evdə qal! Təhsildən qalma!"

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən ölkəmizdə koronavirusun (Covid-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə aprel ayının 20-nə qədər karantin rejimi tətbiq olunmağı nəzərdə tutulub.

    Belə bir şəraitdə məktəbin müəllimləri öz şagirdlərinə "Evdə qal! Təhsildən qalma!" devizi altında hər gün dövlət proqramına uyğun olaraq Azərbaycan dili, riyaziyyat, ingilis dili, coğrafiya, həyat bilgisi və digər fənlər üzrə video dərslər keçirlər. Onlar mütəmadi olaraq keçdikləri mövzular üzrə  şagirdlərə ev tapşırığı verir, şagirdlər isə ev tapşırıqlarını video və ya foto şəklində öz müəllimlərinə göndərirlər. Müəllimlər şagirdlərin biliklərini qiymətləndirir, şagirdləri ruhdan düşməməyə, elmlə məşğul olmağa həvəsləndirir.

    Biz birlikdə güclüyük və bu çətinliyə birlikdə qalib gələcəyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi