"Gənc fiziklər yaradıcılıq müsabiqəsi"nin II mərhələsi
Fevralın 27-də Xəzər rayonu 185 nömrəli tam orta məktəbdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin rayon mərhələsi keçirilib. Müsabiqədə Xəzər və Pirallahı rayon məktəblərinin komandaları iştirak edib. Müsabiqənin şərtlərinə uyğun olaraq hər məktəbdən 1 komanda, hər komandada 3 şagird ( 1 nəfər 9-cu sinif, 1 nəfər 10-cu sinif, 1 nəfər 11-ci sinif) iştirak edib. Komandalara 2 (iki) akademik saat ərzində 30 sualdan ibarət testi və 2 məsələni həll etməyə vaxt verilib. Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, məsələ isə 5 balla ekspert qrupu tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin fizika elminə olan marağını daha da artırması, bu sahədə nəzəri-təcrübi biliklərin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılmasından ibarətdir.