Xocalı soyqırıma həsr olunmuş silsilə tədbirlər

    Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilib. Belə ki, ilk ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib. Tədris olunan dərslər Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.

    Məktəbin ibtidai sinif müəllimləri Əmirova Xırdaxanım 1“A” sinfində “Xocalısız 28 il”, Şabiyeva Nigar 1 “C” sinfində “Xocalı soyqırımı tarixin qan yaddaşıdır”, Musayeva İlhamə 2 “B” sinfində “Xocalı fəryadı”, Qaracayeva Ləman 3 “C” sinfində “Xocalıya gedən yol” adlı tədbirlər keçiriblər. Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova 5 “A” sinfində “Xocalı-əsrin faciəsi” adlı xüsusi dərs keçib. Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs olunub, Xocalı faciəsi barədə filmlər nümayiş olunub.

    Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilər xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırım törədib, günahsız insanların başına vəhşiliklər gətirib, dinc sakinləri kütləvi şəkildə öldürüblər.Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər,  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

    Tədbirlərin təşkil olunmasının əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq, işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir

    Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət “Xocalı uşaqların gözü ilə” adlı  divar qəzetləri, stendlər, guşələr hazırlanıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi