"Ana dili günü"nə həsr olunmuş tədbirlər
1999-cu ilin noyabrında Banqladeş səfirliyinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana dili günü elan edilib. Ana dili günü ilə əlaqədar məktəbdə bir sıra tədbirlər həyata keçirilib.
Fevralın 20-də məktəbin ibtidai sinif müəllimi Xırdaxanım Əmirova 1 a sinfində “Ana dilim, doğma dilim” adlı inşa yazı müsabiqəsi keçirilib.
Fevralın 21-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Musayevanın təşkilatçılığı ilə 5 b sinfində “Ana dilimizi sevək, sevdirək” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Mehparə Mansırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Kəklik Böyükkişiyeva, psixoloq Röya Qəhramanova, uşaq birliyi rəhbəri Zülfünaz Abasova iştirak edib. S.Musayeva şagirdlərə dilimizin saflığı, gözəlliyi, səlisliyi, zənginliyi haqqında geniş məlumat verib. O, dünyada zənginliyi və ahəngdarlığı ilə seçilən dilimizin norma və qaydalarına əməl etməyi şagirdlərə məsləhət verib.
Tədbir şagirdlərin hazırladıqları rəngarəng çıxışlarla davam edib. Şagirdlər Ana dilimizə həsr olunmuş şeirlər, bayatılar söyləyib, mahnılar ifa ediblər.
Məktəbin kitabxanasında kitabxanaçı Ülviyyə Niftəliyeva və İlhamə Manafovanın təşkilatçılığı ilə V-IX sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Məktəbin foyesində Ana dili gününü əks etdirən divar qəzetləri və fotostendlər hazırlanıb.