XII Respublika rus dili və ədəbiyyatı olimpiadası keçirilib

    Fevralın 14-də məktəbdə  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rusiya FR-ın Azərbaycandakı səfirliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Russotrudnichestvo”) Azərbaycan nümayəndəliyinin təşkil etdikləri “XII Respublika rus dili və ədəbiyyatı olimpiadası”  keçirilib. Olimpiadada  Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov, Valentina  Timofeyevna, məktəb rəhbərliyi iştirak edib. Olimpiadada  şagird qismində isə Pirallahı rayonunda fəaliyyət göstərən məktəblərin hər iki bölməsinin 7-8-ci sinif şagirdləri iştirak ediblər. Olimpiada iki hissədən ibarət olub.1-ci hissə məktəbin akt  zalında təntənəli şəkildə keçirilib.

    Məktəbin direktoru Mehparə Mansırova qonaqları salamladıqdan sonra olimpiadanın əhəmiyyətindən söhbət açıb. O, çıxışında azərbaycanlı şagirdlərin savad və biliyini xüsusi qeyd edib, onların rus dilini mükəmməl bildiklərini vurğulayıb, belə olimpiadaların əhəmiyyətini dəyərləndirib və olimpiadada iştirak edənlərə uğurlar arzulayıb.

    Tədbirdə iştirak edən digər qonaqlar qeyd ediblər ki, digər keçmiş SSRİ respublikalarından fərqli olaraq, Azərbaycanda rus dilinə və ədəbiyyatına olan münasibət əvvəlki kimi qalmışdır. Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin, respublikamızda rus dilinə münasibətin yüksək olmasının təzahürüdür. Bu isə, öz növbəsində, Azərbaycan ilə     Rusiya arasında olan əlaqələrin daha da möhkəmlənməsinə və inkişaf etməsinə şərait yaradacaqdır.

2-ci hissədə isə şagirdlər öz biliklərini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi