4, 9, 11-ci siniflərdə böyük summativ qiymətləndirmə
13-24 yanvar 2020-ci il tarixlərində məktəb rəhbərliyinin iştirakı ilə 4, 9, 11-ci siniflərdə bütün fənlər, 5, 6, 7, 8 və 10-cu siniflərdə isə ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılmış imtahanı fənləri üzrə BSQ-lər keçirilib. BSQ tapşırıqları 2-4 variantda, 15-25 sual olmaqla həm açıq, həm qapalı tipli tapşırıqlardan ibarət fənn müəllimləri tərəfindən I yarımil tədris proqramı əsasında hazırlanıb, məktəb rəhbərliyinin nəzarətı altında keçirilib.