“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən "20 Yanvar–Ümumxalq Hüzn Günü"nə həsr edilən bir sıra tədbirlər məktəbin fəaliyyət planında öz əksini tapmışdır. Tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə vətənə məhəbbət hissini daha da möhkəmləndirmək, onları vətənə layiqli övlad kimi yetişdirilmək və əsil vətəndaş mövqeyini məktəblilərə çatdırmaqdır.
Yanvarın 17-da "20 Yanvar faciəsi"nin otuzuncu ildönümü ilə əlaqədar məktəbin akt zalında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib. İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda şagirdlərə “20 Yanvar faciə”si haqqında geniş məlumat verib. Hazırlanmış əbədi-bədii kompozisiyada şagirdlər şeirlər söyləyib, mahnılar ifa ediblər.
Daha sonra foyedə faciəni əks etdirən IX-XI sinif şagirdlərinin rəsm əsərlərinə və sərgilənən kitablara baxış keçirilib.