3D model hazırlayıram

Müəllim Ramazanova İlahə İnformatika fənnindən 8a və 8b siniflərində sinifdaxili “3D model hazırlama” müsabiqəsi keçirib. Müsabiqənin məqsədi şagirdlərdə fənnə maraq oyatmaq və kompyüterlə işləmə bacarığını artırmaq olmuşdur. Müsabiqə işi kimi şagirdlərə müxtəlif obyektlərin 3D modelini evdə hazırlamaq tapşırılmışdır.(Məsələn Qız qalası,evlər,Hökumət evi  və s.) Münsif kimi qiymətləndirmə məktəbin yuxarı sinif şagirdlərindən informatika fənni üzrə nəticələri yüksək olan şagirdlərdən seçilib.Belə ki,bunlar 10 - cu sinif şagirdi Babayeva Gülnaz, 11 – ci sinif şagirdləri Mahmudov Rüfət və İsgəndərli Aytac olmuşlar.Nəticədə  8a sinfindən I yer Bayramov Eşqin, II yer Əliyeva Cavahir,III yer Məcidli Nuray 8b sinfindən I yer Bədəlzadə Tariyel, II yer Fətiyev Murad, III yer Səfəyar Əliaslan fəxri fərmanla rəğbətləndirilmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi