İNGİLİS DİLİ FƏNNİNDƏN NÜMUNƏVİ DƏRS KEÇİRİLİB

Məktəbin 3"A"sinfində İngilis dili müəllimi Muradova Əfsanə “Places in a Town”, “Prepositions” mövzularında nümunəvi dərs keçirib.Müəllim dərsdə müasir təlim metodlarından istifadə edib. Dərs prosesində müəllim şagirdlərə təqdim etdiyi tapşırıqlara uyğun videoçarx, oyun, sərbəst tapşırıqlardan istifadə edib. Dərsin sonunda şagirdlər “Mənim Şəhərim” (My Town) mövzusunda sərbəst fikirlərini bildirib, sözönlərindən (prepositions) öz cümlələrində istifadə ediblər. Müəllim şagirdləri təlim nəticələrinə uyğun qiymətləndirib.