MƏKTƏBDƏ PEDAQOJİ ŞURA KEÇİRİLİB

Məktəbdə pedaqoji şuranın növbəti iclası keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji şura iştirakçılarını gündəlikdə olan mövzularla tanış edib.Sonra Kəmalə müəllim IX və XI siniflərdə imtahan fənlərindən aparılan monitorinqin nəticələri barədə çıxış edib.

Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova V, VI siniflərdə təbiət fənnindən , VII-XI siniflərdə fizika, kimya və biologiya fənlərindən keçirilən monitorinqin nəticələri. Fizika, kimya, biologiya fənləri üzrə şagirdlərin nəzəri biliklərini praktik təcrübədə tətbiqetmə bacarıqlarının inkişafına xidmət edən laboratoriya məşğələlərinin təşkili barədə danışıb. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova I siniflərdə ana dili, riyaziyyat fənləri üzrə tədrisin keyfiyyətinin öyrənilməsi, məktəbəhazırlıq qruplarında şagirdlərin dinləyib anlama bacarıqlarının aşkarlanması məqsədilə keçirilən monitorinqlərin nəticələri haqqında çıxış edib. Pedaqoji şurada məktəbin direktoru V –IX siniflərdə təsviri incəsənət və musiqi,V-VIII siniflərdə texnologiya,V-XI siniflərdə fiziki tərbiyə, X-XI siniflərdə çağrışaqədərki hazırlıq fənlərinin tədrisi vəziyyəti barədə məruzə edib. Nazimə Zeynalova Dərsdənkənar məşğələlərin, dərnəklərin, fərdi təhsilin və evdə təhsilin tədrisi vəziyyəti, günüuzadılmış qrupun fəaliyyəti ilə bağlı çıxış edib.Məktəbin Riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Mətanət Məmmədova riyaziyyat dərslərində öyrətmənin və qiymətləndirmənin keyfiyyəti haqqında çıxış edib. İngilis dili fənni üzrə metodbirləşmə rəhbəri Samirə Əzizova şagirdlərin ingilis dilində ünsiyyət bacarıqları haqqında danışıb. Məktəbin təşkilatçısı İradə İsmayılzadə sinif rəhbərlərinin fəaliyyəti barədə çıxış edib. Sonda məktəbin direktoru ümumtəhsil müəssisələrində keyfiyyətin qiymətləndirmə çərçivəsi və cari məsələlər barədə danışıb, müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi