IX siniflərlə "İmtahana psixoloji hazırlıq " mövzusunda maarifləndirici görüş keçirilib

Məktəbdə IX sinif şagirdlərinin buraxılış imtahanına psixoloji cəhətdən daha hazırlıqlı və motivasiyalı şəkildə yanaşmalarını təmin etmək məqsədilə maarifləndirici söhbət keçirilib.
Tədbirdə məktəbin direktoru Kəmalə Qədirova məktəb psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova iştirak edərək şagirdlərlə səmimi və maarifləndirici söhbət aparıblar. Görüş zamanı imtahan öncəsi stressin idarə olunması, vaxt bölgüsünün düzgün təşkili, özünəinam hissinin formalaşdırılması və psixoloji dayanıqlılığın artırılması kimi mövzulara toxunulub.
Psixoloqlar şagirdlərə praktiki tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar. Kəmalə Qədorova isə çıxışında imtahanların şagirdlərin həyatında bir mərhələ olduğunu, lakin heç də onların gələcəyini tam müəyyən etmədiyini vurğulayaraq, şagirdləri arxayın və özlərinə güvənərək bu mərhələyə yanaşmağa çağırıb.