“Konstitusiya və Suverenlik” ili çərçivəsində maarifləndirici tədbir

2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan olunması münasibətilə məktəbin tarix müəllimi O.Cəfərova tərəfindən 9-cu sinif şagirdləri ilə maarifləndirici tədbir təşkil olunub. Tədbir “Ümummilli lider Heydər Əliyev – müstəqil Azərbaycan konstitusiyasının müəllifidir” mövzusuna həsr edilib.

Tədbirin məqsədi şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, onun hüquqi və siyasi əhəmiyyəti, dövlət müstəqilliyimizin möhkəmlənməsində oynadığı rol, habelə Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculugundakı misilsiz xidmətləri barədə ətraflı məlumat vermək olub.

Tarix müəllimi O.Cəfərova çıxışında 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyanın hazırlanması və xalq səsverməsi ilə qəbul edilməsi prosesini izah edib, həmin dövrdə Heydər Əliyevin göstərdiyi siyasi iradə və uzaqgörənliyə toxunub. Şagirdlərə Konstitusiyanın əsas müddəaları, insan hüquq və azadlıqlarının qorunması baxımından əhəmiyyəti barədə geniş məlumat verilib.

Tədbirdə şagirdlər aktiv iştirak edib, mövzu ilə bağlı suallar verib, öz fikirlərini bölüşüblər. Sonda isə konstitusiya mövzusunda hazırlanmış qısa videoçarx nümayiş olunub.

Belə tədbirlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, hüquqi biliklərinin artırılması və dövlətçiliyin əsas prinsiplərini dərindən mənimsəməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi