İmtahan həyəcanının diaqnostikası

Məktəbin 9-cu sinif şagirdləri ilə "İmtahan həyəcanının diaqnostikası" istiqamətində məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova tərəfindən diaqnostik iş aparılıb. Aparılmış test 10 sualdan ibarət olub. Nəticələr aşağı, orta, yüksək və ən yüksək olaraq dəyərləndirilib. Bu testin məqsədi, şagirdlərin imtahan stresini necə idarə etdiklərini anlamaq və onları daha yaxşı hazırlamaqdır.
Diaqnostik işin nəticələrinə əsaslanaraq psixoloqlar həyəcan səviyyəsi yüksək olan şagirdlərlə fərdi görüşlər keçiriblər.