MƏKTƏBDƏ BEYNƏLXALQ UŞAQ KİTABI GÜNÜ KEÇİRİLİB

Məktəbimizdə şagirdlərin mütaliəsinə xüsusi diqqət yetirilir. Bildiyimiz kimi kitablar uşaqları tərbiyə edir, onlarda bir çox müsbət keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.V.Belinskinin sözləri ilə desək “Uşaq kitabları tərbiyə üçün yazılır, tərbiyə isə böyük işdir. O, insanın taleyini həll edir”. Məktəbin kitabxanasında  ibtidai sinif müəllimi Sevinc Məcidovanın  təşkilatçılığı və 4"B" sinif şagirdlərinin iştirakı ilə 2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü keçirilib. Tədbiri kitabxana müdiri Cəmilə Bayramova açıq elan edib, şagirdlərə bu tarixin məhz məşhur danimarka yazıçısı Hans Xristian Andersenin dünyaya göz açdığı günün şərəfinə keçirildiyini  bildirib. Daha sonra şagirdlər Hans Xristian Andersenin “Qar kraliçası” cizgi filmindən fraqmentlər izləyərək əsəri  müzakirə ediblər.
Sonda  isə  uşaqlar oxuduqları kitablar haqqında danışıb və yazıçı Reyhan Yusifqızının “Bir dəniz,  bir liman” əsərindən səhnələşdirdikləri parçanı təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi