2 APREL-BEYNƏLXALQ UŞAQ KİTABI GÜNÜDÜR

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəbimizin ibtidai sinif müəllimi Fidan Hacıəliyevanın təşkilatçılığı və 2 "E" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Şagirdlər müxtəlif nağıl və hekayələr oxuyaraq, sevimli kitab qəhrəmanları haqqında danışıblar. Oxuduqları əsərlərin mövzusu, ideyası ,obrazları haqqında fikir mübadiləsi ediblər.Tədbirin əsas məqsədi uşaqlara kitab oxumaq vərdişini aşılamaq, onların mütaliəyə olan marağını artırmaq və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olub. Kitabxananın əməkdaşları uşaqlara uşaq ədəbiyyatının tarixi və F.Köçərli adına kitabxananın fəaliyyəti haqqında maraqlı məlumatlar veriblər. Sonda şagirdlər kitabxanada yeni kitablarla tanış olub, xatirə şəkilləri çəkdiriblər.