ANA DİLİ - MİLLİ VARLIĞIMIZDIR

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Talıbovanın təşkilatçılığı və məktəbin 4”D” ,4”E” və 6”D” rus bölməsi şagirdlərinin iştirakı ilə məktəbin kitabxanasında “Ana dili - milli varlığımızdır” adlı ədəbi-bədii kompozsiya keçirilib.Tədbir Azərbaycan Respublikasının Himni ilə başlayıb. Şagirdlər şairlərimizin Ana dilimizə həsr etdikləri şeirləri böyük həvəslə söyləyiblər.Eyni zamanda doğma dilimizə olan sonsuz sevgilərini oynadıqları rəqslərdə, kompozisiyalarda göstəriblər.
Tədbirdə məktəbin direktoru Kəmalə Qədirova şagirdlərin çıxışlarını dəyərləndirərək onların Ana dilimizə olan sevgilərini alqışlayıb. Bildirib ki,bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub.Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir.
Tədbİr şagirdlərin ifasında “Yaşa mənim xalqım” musiqisinin sədaları ilə başa çatıb.